title

Çempionlarımız

Çempionlarımız

Ceyhun Məmmədov 1968-ci il may ayının 23-də Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub.SSRİ-nin və Azərbaycanın əməkdar idman ustasıdır. XX əsrin sambo ulduzu, dünya rekordçusudur. 3 qat SSRİ (1988, 1990, 1991), 6 qat Avropa (1991, 1992, 1993, 1994, 1995, 1997), 7 qat Dünya (1988, 1990, 1992, 1994, 1995, 1996, 1997) çempionu, 2 qat SSRİ (1989, 1990) və Dünya Kubokunun (1989, 1992) qalibidir. 1986 və 1991-ci illərdə isə  SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur.
Zülfiyə Hüseynova 1970-ci ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Beyləqan rayonunda anadan olub.SSRİ-nin və Azərbaycanın əməkdar idman ustasıdır. SSRİ (1991), 3 qat Avropa (1992, 1994, 1995) və 5 qat Dünya (1992, 1994, 1995, 1996, 1997) çempionudur. 1991-ci ildə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur.
Şahmuraz Qasımov 1971-ci ilin aprel ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.Beynəlxalq dərəcəli idman ustasıdır.Avropa (1996) və dünya (1997) çempionudur.O, Avropa çempionatı yarışlarında 1992,1993, 1995-ci illərdə III,1997-1999-cu illərdə II yerə,dünya çempionatlarında isə 1992-1993-cü illərdə III,1994-1995-ci illərdə II,1996-cı ildə isə III yerə  çıxmışdır.
Mövlud Mirəliyev 1974-cü ilin fevral ayının 27-də Özbəkistanda anadan olmuşdur. Beynəlxalq dərəcəli idman ustasıdır. 2 qat Avropa (1996, 1997) və dünya (1999) çempionudur. O, Avropa çempionatı yarışlarında 1995-ci ildə III, 1998-ci ildə II, 1999-cu ildə III yerə, dünya çempionatlarında isə 1997-1998-ci illərdə III, 2000 və 2001-ci illərdə isə II yeri tutub.
Hakim Nəzərəliyev 1980-ci ilin yanvar ayının 8-də Azərbaycan Respublikasının Gəncə şəhərində dünyaya gəlib. Əməkdar idman ustasıdır. 2 qat dünya çempionu(2001,2003), Dünya Kubokunun qalibidir (2004). 2001-ci ildə Avropa çempionatında III, 2002-ci ildə II və 2003-cü ildə isə III yerə çıxmışdır.
Elçin Mayılov 1981-ci ilin oktyabr ayının 20-də Azərbaycan Respublikasının Siyəzən rayonunun Böyük Həmyə kəndində anadan olub. Idman ustasıdır. Dünya çempionu (2010) və Dünya Kubokunun (2006) qalibidir. O, Avropa çempionatı yarışlarında 2003-cü ildə II, 2004-cü ildə III, 2006-cı ildə II yerə, dünya çempionatlarında isə 2004-cü ildə II, 2005 və 2007-ci illərdə  III yerə çıxmışdır.
İslam Qasımov 1986-cı ilin aprel ayının 1-də Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Idman ustasıdır. Avropa (2006) və dünya (2012)  çempionudur. O, Avropa çempionatı yarışlarında 2007-ci ildə II, 2008-ci ildə III, 2011-ci ildə II yerə, dünya çempionatlarında isə 2007 və 2008-ci illərdə III, 2009, 2010-cu illərdə II, 2011-ci ildə III yerə çıxmışdır.
Amil Qasımov 1986-cı ilin fevral ayının 8-də Gəncə şəhərində anadan olmuşdur. İdman ustasıdır. 2014-cü ildə Avropa və dünya çempionu olmuşdur.
Səhriman Ağayev 1974-cü ilin iyul ayının 27-də Azərbaycan Respublikasının Ağdam rayonunun Muradbəyli kəndində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır.Dünya Kubokunun (1997) qalibidir.  O, Avropa çempionatı yarışlarında 1998-ci ildə II, 2000, 2001, 2002, 2003-cü illərdə III, 2004-cü ildə II yerə, dünya çempionatında  isə 1997-ci ildə III yerə çıxmışdır.
İntiqam Əzizov 1970-ci ilin iyun ayının 13-də Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustası. Avropa çempionudur (1993). O, 1992-ci ildə Avropa çempionatında III yerə çıxmışdır.
Elşən Poladov 1969-cu ilin avqust ayının 4-də Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. O, 1993-cü ildə Avropa çempionu olmuşdur. Avropa çempionatı yarışlarında 1992, 1994, 1995-ci illərdə III, 1997-ci ildə II, 1998-ci ildə III yerə, dünya çempionatlarında  1992-ci ildə II, 1993, 1995-ci illərdə III, 1997-ci ildə II yerə, Dünya Kuboku yarışlarında isə 1992-ci ildə II, 1998-ci ildə III yerə çıxıb.
Müşviq Cəfərov 1968-ci il 31 avqustda Azərbaycan Respublikasının Şabran (Dəvəçi) şəhərində doğulub. Beynəlxalq dərəcəli idman ustasıdır. SSRİ çempionudur (1991). O, 1990-cı ildə SSRİ çempionatında II, Avropa çempionatı yarışlarında 1992-ci ildə III, 1993-cü ildə II, 1994-1995-ci illərdə III yerə, dünya çempionatlarında 1992-ci ildə II, 1994-cü ildə III yerə, 1992-ci ildə Dünya Kubokunda II yerə çıxmış, 1991-ci ildə isə SSRİ Xalqlarının Spartakiadasının çempionu olmuşdur.
Tərlan Poladov 1968-ci il iyun ayının 8-də Azərbaycan  Respublikasının Bakı şəhərində dünyaya gəlib. Beynəlxalq dərəcəli idman ustasıdır. 1992-ci ildə Avropa çempionu olmuşdur.
Cəfərov 1968-ci ildə Gəncə şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustasıdır. 1993-cü ildə Avropa çempionu  adına layiq  görülüb.
Qalib Hümbətov 1976-cı il iyun ayının 22-də Azərbaycan  Respublikasının Sumqayıt şəhərində anadan olub. Beynəlxalq dərəcəli idman ustası, 2 qat Avropa çempionudur (1997, 2000). O, Avropa çempionatı yarışında  2002-ci ildə II yerə, dünya çempionatında isə  1996 ildə III yerə çıxıb.
Elşən Rəşidov 1975-ci ilin may ayının 5-də Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Avropa çempionu  adına layiq  görülüb.
Tərlan Kərimov 1986-cı ilin sentyabr ayının 14-də Sumqayıt şəhərində anadan olub. Idman ustasıdır.O, 2008-ci ildə Avropa çempionatında III yerə çıxıb. 2009-cu ildə isə  Avropa çempionu adını qazanıb.

© 2015 SAMBO.AZ