SAMBO.AZ
AZƏRBAYCAN SAMBO FEDERASİYASI
Haqqımızda
Ölkəmizdə və beynəlxalq miqyasda sambo güləşinin inkişafında Azərbaycan Sambo Federasiyasının müstəsna rolu vardır.
1973-cü ildə Ələkbərov Arif Baba oğlunun təşəbbüsü ilə Sambo və Cudo Federasiyası yaradılmış və o, 10 il ardıcıl olaraq bu Federasiyaya rəhbərlik etmişdir. Arif müəllimin təşəbbüsü ilə (1973-1981) Bakı şəhərində beynəlxalq sambo turniri yüksək səviyyədə keçirilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1992-ci ildə Azərbaycan Sambo Federasiyası təsis edilmişdir. 1992-ci ilin noyabr ayının 16-da Sumqayıt şəhərində ASF-nin I təsis Qurultayı keçirilmişdir. Qurultayda Zəlimxan Məmmədov ASF-nin ilk rəsmi prezdenti seçilmişdir O, 10 il ASF-yə rəhbərlik etmişdir. / ƏTRAFLI

Haqqımızda
Haqqımızda
Azərbaycan samboçularının əsas uğurları respublikamız müstəqilliyini bərpa etdikdən sonraya təsadüf edir. Azərbaycan Sambo Federasiyasının fəaliyyət göstərdiyi 17 il ərzində bir sıra mühüm nailiyyətlər əldə edilmiş, sambonun inkişafında yeni mərhələ başlamışdır.Azərbaycan samboçularından beynəlxalq dərəcəli idman ustası Rafiq Seyfəddin oğlu İsmayılov, idman ustası Sənan Əkbər oğlu Rüstəmov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən müharibədə şəhidlik zirvəsinə yüksəlməklə Sambo Federasiyasının şanlı salnaməsinə əbədi olaraq öz adlarını yazmışlar. Onların əməlləri gənc samboçuların Vətənə məhəbbət ruhunda tərbiyəsində mühüm rol oynayır.

Müstəqilliyimiz dövründə Azərbaycan samboçuları Avropa birincisi olmuş (milli komandamız yeniyetmələr, gənclər arasında I, kişilər arasında II yerə çıxmışdır 1997-ci il).Sambo tarixinə silinməz iz qoyan əməkdar idman ustaları Ceyhun Məmmədov, Zülfiyyə Hüseynova kimi görkəmli idmançılarla yanaşı, ikiqat Avropa və dünya çempionu Mövlüd Mirəliyev, Avropa və dünya çempionu Şahmuraz Qasımov, ikiqat dünya çempionu və dünya kubokunun qalibi

Hakim Nəzərəliyev, ikiqat Avropa çempionu Qalib Hümbətov, dünya kubokunun sahibi Sehriman Ağayev, dünya kubokunun qalibi Elçin Mayilov, Avropa çempionları Elşən Poladov, İntiqam Əzizov, Azər Cəfərov, Tərlan Poladov, Elşən Rəşdiov, İslam Qasımov yüksək nəticələr göstərməklə ölkəmizin idman şərəfini beynəlxalq miqyaslı yarışlarda layiqincə qorumuşlar. Yeniyetmə və gənclər arasında Avropa və dünya birinciliklərində yüksək nəticələr göstərmiş samboçulardan Bəxtiyar Hacıyev, Emin Məmədov, Ramil Qasımov, Vüqar Məmmədov, Ramin İbrahimov, Xalid Abbasov, Firuddin Musayev, Elşən Abdullayev, Araz Muxtarov, Zabil Fərhadov, Vasif Səfərbəyov, Emil Həsənov, Əfqan Abdullayev, Cavidan Qarayev və digərlərini qeyd etmək olar.

Sambo güləşi üzrə yığma komandanın rəsmi beynəlxalq yarışlara məqsədyönlü hazırlığında, qazanılan uğurlarda əməkdar məşqçi ümumittifaq dərərəcəli hakim Sabir Hüseynovun (1967-1992-ci illərdə yığma komandanın baş məşqçisi olub), SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin (1993-2003-cü illərdə yığma komandanın baş məşqçisi olmuş), əməkdar məşqçi, beynəlxalq ekstra dərəcəli hakim Mübariz İbrahimovun (2004-cü ildən yığma komandanın baş məşqçisidir) böyük əməyi vardır.

Hazırda ASF-nin məqsədyönlü fəaliyyəti nəticəsində sambo idman növünün respublikamızda coğrafi mövqeyi daha da genişləndirilmiş, Bakı, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, Naxçıvan Muxtar Respubliaksında, Quba, Qusar, Dəvəçi, Siyəzən, Xızı, Samux, Zaqatala, Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Kürdəmir, Goranboy, Ağdam, Masallı, Cəlilabad, Ağcabədi, Bərdə rayonlarında inkişaf etdirilir və idmançılar rayon, şəhər, respublika səviyyəli yarışlarda iştirak edirlər.


Komitə Üzvləri:
Ceyhun Məmmədov
Prezident
Əməkdar idman ustası
Avropa Sambo Federasiyasının Vitse-Prezidenti
Ramil Mahmudov
Baş Katib, Dosent
Əməkdar Məşqçi
Vasif İsmayılov
I Vitse-prezident
Cavid Səbzəliyev
Vitse-prezident
Cəfərov Murad
Döyüş Sambosu üzrə Vitse-prezident
Hacıyev Bəxtiyar
Sambo guləşi üzrə yığma komandanın
Baş məşqçisi
Beynəlxalq dərəcəli
əməkdar idman ustası
Yaqub Abdullayev
Əməkdar məşqçi
Şahlar Mustafayev
Nəzarət-təftiş komisiyasının sədri
Beynəlxalq ekstra dərəcəli hakim
Cabir İsmayılov
Hakimlər Kollegiyasının sədri
Beynəlxalq ekstra dərəcəli hakim
Tofiq Eyvazov
Gənclər və İdman Nazirliyinin
Baş Məsləhətçisi
Əməkdar məşqçi
Sehriman Ağayev
Milli komandanın məşqçisi
Əməkdar məşqçi
Vahid Tarverdiyev
Bakı şəhərinin baş məşqçisi
İsmayılov Rüfət
İcraiyyə komitəsinin üzvü
MEDIA
Left
Right
Əlaqə
Suallarınızı bu forma ilə bizə çatdıra bilərsiniz (Ünvan: F.X.Xoyski 98ATel : (012) 465 21 26Mob : (055) 211 38 78e-mail: info@sambo.az)
Made on
Tilda