“I Qarabağ Müharibəsi” şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sambo idman növü üzrə açıq turnir

23-25 may 2025-ci il tarixlərdə Qarabağ RGİİ və Azərbaycan Sambo Federasiyasının əməkdaşlığı ilə Ağdam Olimpiya İdman Kompleksində sambo idman növü üzrə yeniyetmələr arasında “I Qarabağ Müharibəsi” şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş açıq turnir keçiriləcəkdir.
Yarışda 2007-2009-cü il təvəllüdlü idmançıların iştirak etmək hüququ vardır. Yarış 9 çəki dərəcəsi üzrə (49, 53, 58, 64, 71, 79, 88, 98, +98 kq) keçiriləcəkdir.
ASF