Sambo idman növü üzrə böyüklər arasında dünya kuboku
18-20 sentyabr 2026-cı il tarixlərdə Tacikistanın Düşənbə şəhərində böyüklər arasında dünya kuboku keçirilmişdir. Yarışda 14 ölkədən 234 idmançı iştirak etmişdir. Ölkəmizi bu yarışda 2 idmançı Allahverdiyev Tural (64 kq) və Səbzəliyev Abdurrahman (71 kq) çəki dərəcələrində və komanda rəhbəri Rüstəmli Rəvan təmsil etmişdir.
Yarışın nəticələrinə əsasən Allahverdiyev Tural bürünc medala layiq görülmüşdür.
İdmançımızı təbrik edirik və uğurlar arzulayırıq!
ASF