Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında dünya birincilikləri
01-06 oktyabr 2026-cı il tarixlərində Yunanıstanın Saloniki şəhərində yeniyetmələr və gənclər arasında dünya birincilikləri keçirilmişdir. Yarışda 40 ölkədən 714 idmançı iştirak etmişdir. Bu mötəbər idman tədbirində ölkəmizi 15 idmançı və 2 məşqçi təmsil etmişdir.
Yeniyetmələr arasında Amin Quliyev (53 kq), İbrahim Əliyev (58 kq), Yusif Əliyev (64 kq), Adil Teymurov (71 kq), Elgün Şirəlizadə (79 kq), Səccad Cabarlı (88 kq), Emin Şirinov (98 kq), Elşən Fərzalıyev (+98 kq)
Gənclər arasında Laçın Zahidov (58 kq), Ziyəddin Zeynallı (64 kq), Mikayıl Əmirov (71 kq), Kənan Məmmədli (79 kq), Sadiq Nadirov (88 kq), Tuncay Şamil (98 kq), Hacbaba İmaməliyev (+98 kq) çəki dərəcələrində mübarizə aparmışlar.
Yarışın nəticələrinə əsasən yeniyetmələr arasında Elgün Şirəlizadə (79 kq), Emin Şirinov (98 kq) çəki dərəcələrində hər biri bürünc medal, gənclər arasında Kənan Məmmədli (79 kq), Tuncay Şamil (98 kq) hər biri gümüş medalla mübarizələrini bitirmişlər.
Milli komandalara rəhbərlyi yeniyetmələrdən ibarət baş məşqçi Yaqub Abdullayev və gənclərdən ibarət baş məşqçi Bəxtiyar Hacıyev etmişlər.
İdmançılarımızı təbrik edirik!