Sambo üzrə dünya çempionatı 06-08 noyabr tarixlərində Daşkənddə baş tutacaqdır
06-08 noyabr 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində böyüklər arasında dünya çempionatı keciriləcəkdir. Yarıs ərəfəsində dünya çempionatının kecirilməsinin 50 illik yubileyinə həsr olunmus tədbir və Beynəlxalq Sambo Federasiyasinin novbəti Hesabat-Secki Konqresi baş tutacaqdır. Yarışda 90-na yaxın ölkənin idmançılarının iştirakı gozlənilir. Çempionatda ölkəmizi 7 idmançı və 2 məşqçi təmsil edəcəkdir.
Belə ki, Sahib Babayev (58kq), Tural Allahverdiyev (64 kq), Elvin Bağırov (71 kq), Ricad Nadirov (79 kq), Adil Adilzadə (88 kq), Şamil Tuncay (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) cəki dərəcələrində mübarizə aparacaqlar.
Komandaya rəhbərliyi milli komandanın baş məşqçiləri Vahid Tarverdiyev və Yaqub Abdullayev edəcəkdir.
Komandamışa uqurlar arzulayırıq!