Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məhəmməd oğlu Məmmədovun Ad Günüdür!
Ceyhun Məhəmməd oğlu Məmmədov 23 may 1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur.
7 qat Dünya çempionu;
6 qat Avropa çempionu;
2 qat Dünya Kubokunun sahibi;
4 qat SSRİ çempionu;
2 qat SSRİ Kubokunun sahibi;
2 qat SSRİ Xalqlarının Spartakiadasının çempionu;
SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar İdman ustasıdır.
1995-ci ildə Ulu Öndər Ümummilli Lider Heydər Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur;
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur;
2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən Əməkdar Bədən Tərbiyyəsi və İdman Xadimi fəxri adı ilə təltif olunmuşdur;
2019-cu ildə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi medalı ilə təltif olunmuşdur.
Hörmətli Ceyhun Müəllim Sizinlə qürur duyuruq!
Azərbaycan Sambo Federasiyasının Kollektivi.