QRAN-PRİ YARIŞI RUSİYA-KRASNODAR

Jun 20, 2023 - 14:54
Jun 25, 2023 - 11:14
 0  53
QRAN-PRİ YARIŞI RUSİYA-KRASNODAR

     23-25 iyun 2023-cü il tarixərdə Rusiya Federasiyasının Krasnodar şəhərində sambo güləş növü üzrə kişilər  arasında QRAN-PRİ beynəlxalq yarışı keçiriləcəkdir. Yarış Krasnodar şəhərində "Basket Holl" arenasında keçiriləcəkdir. Yarışda Rusiyadan, Qazaxstandan, Özbəkistandan, Tacikistandan, Türkmənistandan və s. olkələrdən 100-dən artıq idmançı iştirak edəcəkdir. 

     Yarışın keçirilmə günü, təntənəli açılış mərasimi və final görüşləri  24.06.2023-cü il tarixində olacaqdır. Yarış 7 çəki dərəcəsi üzrə 58, 64, 71, 79, 88, 98, +98 kq keçiriləcəkdir.

     Yarışda ölkəmizi idmançılarımız  Məmmədli Nicat 58 kq, Bağırov Elvin 64 kq, Qasımov Hacalı 71 kq çəki dərəcəsində və Milli yığma komandanın baş məşqçisi Tarverdiyev Vahid təmsil edəcəklər. 

   İdmançılarımıza uğurlar arzulayırıq!