Sambo idman növü üzrə kişilər arasında Avropa çempionatı başa çatdı
14-18 may 2026-cı il tarixlərində Gürcüstanın -Tbilisi şəhərində sambo idman növü ürə kişilər arasında Avrop çempionatı keçirilmişdir. Həmçinin Avropa çempionatı ərəfəsində Avropa Sambo Federasiyasının növbəti konqressi keçirilmişdir. Konqresdə federasiyanı yeniyetmələrdən ibarət millikomandanın baş məşqçisi və Azərbaycan Sambo Federasiyasının İdarə Heyətinin üzvü Yaqub Abdullayev təmsil etmişdir.
Çempionatda 27 ölkədən 236 idmançı iştirak etmişdir. Ölkəmizi bu yarışda 7 idmançı 2 məşqçi təmsil etmişdir.
Sahib Babayev 58 kq, Mirfəttah Seyidəliyev 64 kq, Elvin Bağırov 71 kq, Ricad Nadirov 79 kq, Adil Adilzadə 88 kq, Ağani Məmmədov 98 kq, Məhəmməd Məmmədzadə +98 kq çəki dərəcələrində mübarizəyə qatılmışlar. Komandaya rəhbərliyi kişilərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev etmişdir.
16-17 may tarixlərində davam edən çempionatın nəticələrinə əsasən Adil Adilzadə 88 kq gümüş, Sahib Babayev 58 kq və Mirfəttah Seyidəliyev hər biri bürünc medalla mübarizələrini başa vurmuşlar.
İdmançılarımızı təbrikedirik və uğurlar arzulayırıq!