Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində 7 medal

Apr 24, 2026 - 08:54
May 2, 2026 - 08:55
 0  1
Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində 7 medal
Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində 7 medal
Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində 7 medal

20-23 aprel tarixlərində  Serbiyanın Novi-Sad şəhərində sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında keçirilən Avropa birinciliklərində ölkəmizi 15 idmançı və 2 məşqçi təmsil etmişdir. Yarışda idmançılarımız yüksək nəticələr eldə etmişlər. 

Belə ki, gənclər arasında Tuncay Şamil (98 kq) qızıl, Elcan Ələkbərov (58 kq),  Mikayıl Əmirov (71 kq) hər biri gümüş, Hacbaba İmaməliyev (+98 kq) bürünc, yeniyetmələr arasında Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) , Elşən Fərzalıyev (+98 kq) hər biri bürünc medal qazanmışlar.

Həmçinin komandamız gənclər arasında medal hesabında III yerə çıxmışdır.