24 dekabr İlin idman yekunlarına həsr olunmuş tədbirdə samboçular mükafatlandırıldı
24 dekabr 2024-cü il tarixdə ilin idman yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
Tədbirdə sambo idman növünün inkişafındakı xidmətlərinə görə Əməkdar məşqçi, Tərəqqi medallı, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi Qiyasov Mirağa Şahbudağ oğluna Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü ilə təltif olunmuşdur.
Həmçinin sambo idman növündə yerli və beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrinə görə idman ustası Hüseynov Ceyhun İlqar oğluna Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən mənzil hədiyyə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə idmançılara göstərdiyi xüsusi qayğıya görə təşəkkür edirik!
ASF