Sambo təsisçilərinə həsr olunmuş kubok -Moskva şəhərində keçiriləcəkdir

Mar 11, 2025 - 16:04
 0  22
Sambo təsisçilərinə həsr olunmuş kubok -Moskva şəhərində keçiriləcəkdir

23-26 mart 2025-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində “Sambo təsisçilərinə həsr olunmuş kubok” yarışı keçiriləcəkdir. Sambo idman növü üzrə keçirilən yarış böyüklər arasında 7 çəki üzrə keçiriləcəkdir. Ölkəmizi bu yarışda 7 idmançı və 1 məşqçi təmsil edəcəkdir. Yarış Beynəlxalq Sambo Mərkəzində 24-25 mart tarixlərində baş tutacaqdır.

23 mart (64, 79, 98 kq)-24 mart (58, 71, +98 kq) idmançıların çəki günüdür

24 mart ölkəmizi 64 kq çəki dərəcəsində Mirfəttah Seyidəliyev,

                            79 kq çəki dərəcəsində Asim Qulamzadə,

                            98 kq çəki dərəcəsində Nəsibli Eyvaz

25 mart ölkəmizi 58 kq çəki dərəcəsində Şamo Hüseynov

                            71 kq çəki dərəcəsində Kamran Qasımov,

                            +98 kq çəki dərəcəsində Məcidli Orxan təmsil edəcəklər.

26 mart komandamız ölkəyə qayıdacaqdır.

Komandanın rəhbəri baş məşqçi Vahid Tarverdiyevdir.

 

Komandamıza uğurlar arzulayırıq!