Ağdam Olimpiya İdman Kompleksində "I Qarabaq muharibəsi şəhidləri Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş" sambo idman növü üzrə yeniyetmələr arasında açıq turnir keçirilmişdir
20-21 iyun 2026-cı il tarixlərində Ağdam Olimpiya İdman Kompleksində "I Qarabaq muharibəsi şəhidləri Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş" sambo idman növü üzrə yeniyetmələr arasında açıq turnir keçirilmişdir. Turnir Azərbaycan Sambo Federasiyası və Qarabaq Regional Gənclər və İdman İdarəsinin birgə əməkdaşlıqi ilə baş tutmuşdur. Turnirdə ölkəmizin şəhər və regionlarından idmançılar iştirak etmişdir. 2008, 2009, 2010 -cu il təvəllüdlü idmançılar 8 çəki üzrə güclərini sınamışlar. Turnirdə fəxri qonaqlar və şəhid ailələrinin üzvləri iştirak etmişlər. Yarısin təntənəli açılışında qonaqların çıxışları olmuş, sambo idman növü üzrə Avropa və dünya çempionatının mükafatçıları tərəfindən müxtəlif fəndlərin nümayişi olmuşdur. Yarışın bağlanış mərasimində hakimlər və təşkilatçı heyət Azərbaycan Sambo Federasiyası tərəfindən fəxri fərmanla təltif olunmuşlar.