Samboçularımız Dünya birinciliyinin ilk günü 3 medal qazandılar
Oktyabrın 6-8 tarixlərdə Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçirilən dünya birinciliyində Azərbaycan komandası iştirak edir.
Bu gün yarışın birinci günündə, yeniyetmələrin yarışında Ziyəddin Zeynallı (53 kq), Nicat Sultanov (71 kq), gənclərin yarışında isə Sahib Babayev (58 kq) Şıxıyev Səməd (79 kq), Məhəmməd Məmmədzadə (+98 kq) güclərini sınamışlar.
Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyi altında ölkəmizi təmsil edirlər.
İdmançılarımızı təbrik edirik!