Gənclər və İdman nazirinin idmançılarla növbəti görüşü
02 dekabr 2024-cü il tarixdə Azərbaycan İdman Akademiyasının akt zalında cənab nazir Fərid Qayıbovun idmançılarla növbəti görüşü baş tutmusdur. Görüşdə 3 idmancımız iştirak etmişdir. Onlardan ölkə çempionu, Avropa çempionatının bürünc mükafatçısı Nicat Məmmədliyə (58 kq) və ölkə çempionu, Avropa birinciliyinin bürünc mükafatçısı Orxan Məcidliyə (+98 kq) sambo idman növü üzrə İdman Ustası Fəxri adı təqdim edilmisdir. Ölkə birinciliyinin qalibi, dünya birinciliyinin gümüş mükafatçısı Murad Fətullayev (58 kq) isə yarışda yüksək nəticə qazandığı münasibətlə təbrik edilmişdir.Görüşdə həmçinin Milli komandanın baş məqçisi Vahid Tarverdiyevdə iştirak etmişdir.
ASF