Samboçularımız Dünya birinciliyində daha 2 medal qazandılar
Oktyabrın 6-8 tarixlərdə Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçirilən dünya birinciliyində Azərbaycan komandası iştirak edir.
Yarışın ikinci günü yeniyetmələr arasında Nicat İsmayılov (58 kq), Sülhan Süleymanlı (79 kq), Hacbaba İmaməliyev (+98 kq), gənclər arasında isə İlkin Şahgəldiyev (64 kq), Sadiq Zeynallı (88 kq) güclərini sınamışlar.
Yeniyetmələr arasında Sülhan Süleymanlı (79 kq) bürünc medal qazanmışdır.
Yarışın üçüncü günü yeniyetmələr arasında Nicat Rəhimov (64 kq), Hüseyn Hüseynli (88 kq), gənclər arasında isə Ricad Nadirov (71 kq), Aydəmirov Rəsul (98 kq) çəki dərəcələrində mübarizə aparmışlar.
Gənclər arasında Aydəmirov Rəsul (98 kq) gümüş medal qazanmışdır.
Samboçular milli komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət yığmanın baş məşqçisi Bəxtiyar Hacıyevin rəhbərliyi altında ölkəmizi təmsil edirlər.
Dünya Birinciliyi yarışının yekunlarına əsasən komandamız 3 gümüş və 2 bürünc medal qazanmışdır.
İdmançılrımızı təbrik edirik!