Sambo üzrə dünya çempionatında 2 bürünc medal

Nov 10, 2025 - 11:02
Dec 26, 2025 - 11:03
 0  0
Sambo üzrə dünya çempionatında 2 bürünc medal
Sambo üzrə dünya çempionatında 2 bürünc medal
Sambo üzrə dünya çempionatında 2 bürünc medal

6-10 noyabr tarixlərində sambo idman növü üzrə kişilər arasında Qırğızığstanın Bişkek şəhərində dünya çempionatı keçirilmişdir. Yarışda ölkəmizi 7 idmançı və 1 məşqçi təmsil etmişdir. Çempionatda 70 ölkədən 400-dən çox idmançı iştirak etmişdir.

Ölkəmizi çempionatda Vaqif Mirzəli (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Qasımov (71 kq), Əhməd Ağayev (79 kq), Adil Adilzadə (88 kq), Ağani Məmmədov (98 kq), Orxan Məcidli (+98 kq) və kişilərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev təmsil etmişlər.

Yarışın nəticələrinə əsasən Adil Adilzadə və Ağani Məmmədov bürünc medal qazanmışlar.

İdmançılarımızı təbrik edirik!

ASF