DÜNYA ÇEMPİONATI-QIRĞIZISTAN/BİŞKEK

Nov 1, 2022 - 09:15
Apr 7, 2023 - 09:27
 0  19
DÜNYA ÇEMPİONATI-QIRĞIZISTAN/BİŞKEK

          11-13 noyabr tarixlərdə Qırğızıstan Respublikasının Bişkek şəhərində sambo güləşi və döyüş sambosu üzrə Dünya Çempionatı keçiriləcəkdir. İlin əsas yarışında dünyanın hər yerindən ən güclü samboçular güclərini sınayacaqlar.

          Bu idman tədbirində Milli yığma komandamızın idmançıları Babayev Kənan 58 kq, Bağırov Elvin 64 kq, Həsənov Emil 71 kq, Adilzadə Adil 79 kq, Hüseynov Ceyhun 88 kq, Nəsibli Eyvaz 98 kq, Salmanov Toğrul +98 kq çəki dərəcəsində, həmçinin Beynəlxalq ekstra dərəcəli hakim Cabir İsmyayılov və Milli yığma komandanın baş-məşqçisi Vahid Tarverdiyev ölkəmizi təmsil edəcəklər.

          Komandamız 09.11.2022 tarixdə yarışa yola düşəcəklər, 14.11.2022 tarixdə isə vətənə qayıdacaqlar.

          Yarışın ilk günü 11.11.2022- ci il tarixdə 58 kq, 64 kq,

          Yarışın ikinci günü 12.11.2022-ci il tarixdə 71 kq, 88 kq, +98 kq,

          Yarışın üçüncü günü 13.11.2022-ci il tarixdə 79 kq, 98 kq çəkili idmançılar mübarizə aparacaqlar.

ASF idmançılarımıza uğurlar arzulayır!