Kadetlər arasında Bakı şəhər açıq birinciliyi

Mar 30, 2024 - 20:14
Apr 8, 2024 - 15:54
 0  43
Kadetlər  arasında Bakı şəhər açıq birinciliyi
Kadetlər  arasında Bakı şəhər açıq birinciliyi

29-30 mart 2024-cü il tarixlərdə Bakı şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Hövsan" OİK-də keçirilən sambo idman növü üzrə 2008-2009-cü il təvəllüdlü kadetlər arasında Bakı şəhər açıq birinciliyində 42, 46, 49, 53, 58, 64, 71, 79, 88, +88 kq  çəki dərəcələrində 152 idmançı mübarizə aparmışdır.

Yarışın nəticələrinə əsasən Nihat Şıxəliyev (42 kq), Əli Əliyev (46 kq), Yusif Hüseynov (49 kq), İbrahim Talıbov (53 kq), Elcan Quliyev (58 kq), Raul Xəlilov (64 kq), Dövlət Şahbazov (71 kq), Səccad Cabbarlı (79 kq), Xəzər Əmrahlı (88 kq), Asim Səlimli (+88 kq) qalib olmuşlar.

Yarışın 6 çəki üzrə qalibləri (46, 49, 53, 58, 64, 79 kq)  2024-cü ilin iyun ayında Rusiya Federasiyasının Yakutsk şəhərində keçiriləcək "Asiya Uşaqları Oyunları" proqramına daxil olmuş sambo idman növü üzrə kadetlərdən ibarət komandada ölkəmizi təmsil edəcəklər.

ASF