Kiçik yaşlı uşaqlar arasında Bakı şəhər birinciliyi

Mar 26, 2024 - 15:51
Apr 8, 2024 - 15:52
 0  44
Kiçik yaşlı uşaqlar arasında Bakı şəhər birinciliyi

24-25 mart 2024-cü il tarixdə Bakş şəhər Gənclər və  İdman İdarəsinin təşkilatçılığı ilə sambo idman növü üzrə  "Hövsan" OİK-də kiçik yaşlı uşaqlar arasında 24, 26, 28, 30, 32, 35, 38, 42, 46, 50, 55, +55 kq çəki dərəcələrində keçirilən yarışda 93 idmançı mübarizə aparmışdır.

Yarışın nəticələrinə əsasən Sübhan Abduləzizov (24 kq), Emin Adışırinzadə (26 kq), Mircəfər Nuri (28 kq), Kənan Əliyev (30 kq), Əlibəy Məmmədli (32 kq), Davud Teymurov (35 kq), Azər Əhmədli (38 kq), Kənan Allahverdiyev (42 kq), Mehdi Baxşiyev (46 kq), Səccad Əlizadə (50 kq), Yavər Əliyev (55 kq), Namiq Şıxəliyev (+55 kq) çəki dərəcələrində qalib olmuşlar.

ASF