Quba rayon açıq birinciliyi
"Quba-İdman Paytaxtı 2024" çərçivəsində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Sambo Federasiyasının əməkdaşlığı ilə 07 aprel 2024-cü il tarixdə sambo idman növü üzrə Quba OİK-də 2009-2011 (35, 38, 42, 46, 49, 53, 58, 64, 71, +71 kq) və 2012-2014-cü il (25, 28, 30, 34, 38, 42, 46, 50, 55, +55 kq) təvəllüdlü idmançılar arasında Quba rayon açıq birinciliyi keçirilmişdir.
Yarışda Quba, Şabran, Xaçmaz, Qusar rayonlarından 70-ə yaxın idmançı iştirak etmişdir. Yarışa hakimlik Azərbycan Sambo Federasiyasının hakimləri etmişlər. Yarışın açılışını Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və ASF-nin yeniyetmələrdən ibarət Milli yığma komandasının baş məşqçisi Yaqub Abdullayev etmişlər.
ASF