Beynəlxalq məşqçilər seminarı Hollandiya/Dalfsen

Mar 3, 2024 - 23:12
Mar 7, 2024 - 13:16
 0  55
Beynəlxalq məşqçilər seminarı Hollandiya/Dalfsen
Beynəlxalq məşqçilər seminarı Hollandiya/Dalfsen

03 mart 2024-cü il tarixdə Hollandiyanın Dalfsen şəhərində sambo idman növü üzrə növbəti Beynəlxalq məşqçilər seminarı keçirilmişdir. Seminarda gənclərdən ibarət Milli yığma komandanın  baş məşqçisi Bəxtiyar Hacıyev iştirak etmişdir. Seminar məşqçilərin ustalıq səviyyələrinin artırılması, yeni qaydalarla tanışlıq məqsədilə təşkil olunmuşdur. 

Seminarı Beynəlxalq Sambo Federasiyasının icraçı direktoru, əməkdar məşqçi Sergey Yevgenyeviç Tobakov keçirmişdir. Sonda seminarı uğurla başa vurmuş iştirkçılara müvafiq dərəcə üzrə sertifikatlar təqdim olunmuşdur.

 ASF