ASF-nin prezidenti Ceyhun Məmmədov idmançıları mükafatlandırdı
Hər il olduğu kimi ASF-nin prezidenti Ceyhun Məmmədovun təşəbbüsü ilə ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə ASF-nin baş katibi Ramil Mahmudov, ASF-nin vitse-prezidenti Cavid Səbzəliyev, ASF-nin icraiyyə komitəsinin üzvü, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov, qonaq qismində Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, ASF-nin beynəlxalq ekstra dərəcəli hakimi Cabir İsmayılov, baş məşqçiləri Vahid Tarverdiyev, Bəxtiyar Hacıyev, Yaqub Abdullayev, məşqçisi Ağayev Sehriman, həmçinin idmançılarımız (Salmanov Toğrul, Məmmədli Nicat, Aydəmirov Rəsul, Baxşiyev Eyvaz, Hacıyev Əli, Adilzadə Adil, Babayev Sahib, Bağırov Elvin, Qasımov Kamran, Məmmədzadə Məhəmməd) iştirak etmişlər.
Tədbir, iştirakçıların çıxışları və yeni il təbrikləri ilə davam etmişdir.
Sonda Ceyhun Məmmədov çıxıs edərək, federasiyanın bu ilki uğurlarına görə məşqçi heyətinə və qalib idmançılarımıza təşəkkürünü bildirmişdir və onalara yeni ildə uğurlar arzulamışdır.
Tədbir 2021-ci ildə Beynəlxalq yarışlarda qızıl, gümüş, bürünc medallar qazanan idmançılarımızın, məşqçi heyətinin və federasiyanın əməkdaşlarının pul mükafatı ilə mükafatlandırılması ilə tamamlanmışdır.
SAMBO AİLƏMİZİ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ 2022 İL MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRİK VƏ YENİ QƏLƏBƏLƏR, UĞURLAR ARZULAYIRIQ!
ASF