2 idmançımız idman ustalığı fəxri adına layiq görüldü
Belə ki, 10 yanvar 2024-cü il tarixdə ənənəvi olaraq, keçmiş ayın idman nəticələrinə əsasən Gənclər və İdman naziri cənab Fərid Qayıbovun və nazir müavini xanım Mariana Vasilevanın iştirak etdiyi idmançılarla görüşü keçirilmişdir. Tədbir Milli Gimnastika Arenasında baş tutmuşdur.
Bu tədbirdə cənab nazir tərəfindən sambo idman növü üzrə gənclər arasında Dünya birinciliyinin gümüş mükafatçıları idmançılarımız Sahib Babayevə (58 kq) və Rəsul Aydəmirova (98 kq) idman ustası fəxri adının vəsiqələri təqdim olunmuşdur.
Gənclər və İdman naziri cənab Fərid Qayıbova və nazir müavini xanım Mariana Vasilevaya idmançılarımıza göstərdikləri qayğıyı və diqqətə görə təşəkkür edirik!
İdmançıarımıza uğurlar arzulayırıq!
ASF