AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ

May 3, 2023 - 14:47
May 10, 2023 - 14:24
 0  54
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ
AÇIQ RESPUBLİKA TURNİRİ AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ

06 may 2023-cü il tarixində Ağdam Olimpiya İdman Kompleksində "I Qarabağ Müharibəsinin" şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə 2007-2009-cü il təvəllüdlü kadetlər arasında Açıq Respublika Turniri keçirilmişdir.

Turnir əvvəlcə Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuş, Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən bəhs edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. 
Yarışın nəticələrinə görə, İsrayıllı Anar 42 kq, Talıbov İbrahim 46 kq,  Əlipənahov İsmayıl 49 kq, Zeynallı Ziyəddin 53kq, Sahibzadə Fəxri 58 kq, Nadirov Sadiq 64 kq, Məmmədli Kənan 71kq, Bayramov Mənsur 79 kq, Hüseynli Hüseyn 88 kq, Məsimov Cavidan +88 kq çəki dərəcələrində hər biri  bütün rəqiblərinə qalib gələrək, I yerə layiq görülmüşlər.
Yarışın sonunda qaliblər mükafatlandırılmışlar.

Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyası tərəfinindən həyata keçirilmişdir.

ASF