Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun 55 yaşı tamam olur
Bu gün 23 may 2023-cü il tarixdə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məhəmməd oğlu Məmmədovun 55 yaşı tamam olur.
Ceyhun Məhəmməd oğlu Məmmədov 23 may 1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Sambo güləş növü ilə məşğul olmuşdur.
Ceyhun Məmmədov 1988-ci ildə SSRİ və Dünya çempionu, 1989-cu ildə SSRİ və Dünya Kubokunun sahibi, 1990-cı ildə Avropa çempionu olmuşdur. 7 qat Dünya, 6 qat Avropa çempionudur. 2 qat Dünya Kubokunun qalibi, 4 qat SSRİ çempionu, 2 qat SSRİ Kubokunun sahibi, 2 qat SSRİ Xalqlarının Spartakiadasının qalibi kimi yüksək idman nəticələri göstərmişdir. "XX əsrin sambo Ulduzu” kimi sambo güləşi tarixində iz qoymuşdur.
1986-cı ildə Azərbaycan SSRİ Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının əməkdar idman ustası fəxri adına layiq görülmüşdür.
2003-cü ildən Azərbaycan Sambo Federasiyasının prezidentidir. Azərbaycan Sambo Federasiyasında 20 illik rəhbərlik dövründə 3 yaş qrupu (yeniyetmələr, gənclər və kişilər) üzrə samboçularımız Avropa, Dünya çempionatları və birinciliklərində, I və II Avropa Oyunlarında və digər Beynəlxalq rəsmi yarışlarda ümumilikdə 67 qızıl, 111 gümüş və 251 bürünc medal qazanmışlar.
Azərbaycan idmanının inkişafında göstərdiyi xidmətlərə görə 1995-ci ildə “Tərəqqi” medalı, 2009-cu ildə “Şöhrət” ordeni, 2012-ci ildə Əməkdar Bədən Tərbiyyəsi və İdman Xadimi fəxri adı, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin “100 illiyi” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Sambo Federasiyasının kollektivi adından Ceyhun müəllimi Təbrik Edirik!