SAMBO İDMAN NÖVÜ ÜZRƏ ÖLKƏ BİRİNCİLİKLƏRİ VƏ ÇEMPİONATI 08-11 YANVAR

Jan 2, 2026 - 20:43
 0  3
SAMBO İDMAN NÖVÜ ÜZRƏ ÖLKƏ BİRİNCİLİKLƏRİ VƏ ÇEMPİONATI 08-11 YANVAR

   08-11 yanvar tarixlərdə Abşeron Olimpiya İdman Kompleksi sambo idman növü üzrə ölkənin ən güclü samboçularının müəyyənləşdiyi məkan olacaq.
    Qeyd olunan tarixlərdə sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında ölkə birincilikləri və kişilər arasında ölkə çempionatı keçiriləcəkdir.
    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışda I, II, III yerləri tutan idmançılar milli komandaların tərkibinə daxil ediləcəklər.
 Ölkə birinciliklərinin qalibləri Avropa birinciliklərində, ölkə çempionatının qalibləri isə Avropa çempionatında ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
   08 yanvar komandaların gəlmə günü, həmçinin yeniyetmə idmançıların cəki günüdür.
   İlkin görüşlər 10:00-da başlayacaqdır.
  09 yanvar tarixdə (yeniyetmələrin mübarizəsi və gənclərin çəki günü), 
  10 yanvar tarixdə (gənclərin mübarizəsi və kişilərin çəki günü), 
  11 yanvar tarixdə (kişilərin mübarizəsi) olacaqdır.
  Final görüşləri 09, 10, 11 yanvar tarixlərdə 17:00-da başlayacaqdır.

  İdmançılarımıza uğurlar arzulayırıq!