Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş Ölkə kuboku

Jul 23, 2024 - 23:06
Jul 23, 2024 - 23:08
 0  79
Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş Ölkə kuboku

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Sambo Federasiyasının təşkilatçılığı ilə 25-28 iyul 2024-cü il tarixlərdə Şağan Olimpiya İdman Kompleksində Əməkdar məşqçi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə kuboku keçiriləcəkdir.

Yarışa Ölkəmizin bütün regionlarından idmançılar dəvət olunmuşlar. Yarış 2006-2007-ci il təvəllüdlü yeniyetmələr, 2004-2005-ci il təvəllüdlü gənclər və 2003-cü il və yuxarı təvəllüdlü kişilər arasında keçiriləcəkdir. Yarışa gəlmə günü və yeniyetmələrin çəkisi 25 iyul 2024-cü il tarixdə Şağan OİK-də baç tutacaqdır. 26 iyul yeniyetmələrin yarış günü və gənclərin çəkisi, 27 iyul gənclərin yarış günü və kişilərin çəkisi, 28 iyul kişilərin yarış günü olaraq keçirilməsi planlaşdırılmışdır.

ASF