TALIBOV İBRAHİM BÜRÜNC MEDALA SAHİB OLDU/ASIYA UŞAQLARI VIII BEYNƏLXALQ İDMAN OYUNLARI

Jun 26, 2024 - 00:31
Jul 1, 2024 - 11:17
 0  111
TALIBOV İBRAHİM BÜRÜNC MEDALA SAHİB OLDU/ASIYA UŞAQLARI VIII BEYNƏLXALQ İDMAN OYUNLARI
TALIBOV İBRAHİM BÜRÜNC MEDALA SAHİB OLDU/ASIYA UŞAQLARI VIII BEYNƏLXALQ İDMAN OYUNLARI

"Asiya Uşaqları" İdman Oyunları çərçivəsində  sambo idman növü üzrə  26-27 iyun tarixlərində keçirilən yarışda 53 kq çəki dərəcəsində, kadetlər arasında İbrahim Talıbov bürünc medala sahib olmuşdur.

Rusiya Federasiyası, Saxa Respublikasının Yakutiya şəhərində 25 iyun 07 iyul 2024-cü il tarixlərində "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunları keçiriləcəkdir. Bu idman tədbirində 24 idman növü iştirak edəcəkdir. İdman Oyunlarının proqramında sambo idman növü də yer almışdır. 

Ölkəmizi sambo idman növü üzrə bu yarışda kadetlər arasında idmançılarımız Yusif Hüseynov  (49 kq), İbrahim Talıbov  (53 kq), Raul Xəlilov  (64 kq), Səccad Cabarlı  (79 kq) çəki dərəcələrində və Milli yığma komandanın məşqçisi Emil Həsənov təmsil edəcəkdir.

Sambo üzrə yarış 26-27 iyun tarixlərində "Triumf"  İdman Hazırlıq Mərkəzində keçiriləcəkdir.

26.06.2024 tarixdə 53 kq və 64 kq çəki dərəcəli,  27.06.2024 tarixdə 49 kq və 79 kq çəki dərəcələrində idmançılarımız mübarizə aparacaqlar.

İdmançıalrımıza uğurlar arzulayırıq!

ASF