Avropa çempionatı və birinciliklərinin nəticələri

May 13, 2024 - 13:33
May 13, 2024 - 14:04
 0  171
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri
Avropa çempionatı və birinciliklərinin nəticələri

07-13 may 2024-cü il tarixlərdə Serbiynın Novi-Sad şəhərində kişilər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri,  Avropa Sambo Federasiyasının hesabat-seçki Konqresi (08 may) və Beynəlxalq Sambo Federasiyasının məşqçilər üçün  seminarı (07-08 may)  keçirilmişdir.

07-08 may Avropa çempionatı və birincilikləri çərçivəsində keçirilən Beynəlxalq Sambo Federasiyasının məşqçilik seminarında Milli yığmanın kişilərdən ibarət baş-məşqçisi Vahid Tarverdiyev uğurla iştirak etmişdir.

Həmçinin 08 may Avropa çempiontı və birincilikləri çərçivəsində Avropa Sambo Federasiyasının hesabat-seçki konqresində Azərbaycan Sambo Federasiyasını  Milli yığmanın gənclərdən ibarət baş-məşqçisi Hacıyev Bəxtiyar təmsil etmişdir. Konqresdə Avropa Sambo Federasiyasının prezidenti postuna seçki keçirilmidir və seçikinin nəticələrinə əsasən Avropa Sambo Federasiyasının prezidenti növbəti dəfə 4 illik müddətə Sergey Eliseyev seçilmişdir.

Bu mötəbər idman tədbirində ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 idmançı təmsil etmişdir. 09-10 may tarixlərdə Avropa çempionatı, 11-12 may tarixlərdə isə Avropa birincilikləri keçirilmişdir.

Avropa çempionatı çərçivəsində kişilər arasında  Elvin Bağırov (64 kq) Avropa çempionu, Nicat Məmmədli 58 (kq) və Rəsul Aydəmirov  (98 kq) bürünc,   Avropa birincilikləri çərçivəsində gənclər arasında Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq) hər biri gümüş, Pünhan Göyüşov (79 kq) bürünc, yeniyetmələr arasında İsmayıl Əlipənahov (53 kq),  Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq),  Hacbaba İmaməliyev (+98 kq) hər biri bürünc medal qazanmışlar.

Beləliklə, komandalarımızın aktivində 1 qızıl, 2 gümüş, 7 bürünc medal vardır.

Komandalarımıza kişilərdən ibarət Milli yığma komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət Milli yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev rəhbərlik etmişdir.

İdmançılarımızı təbrik edirik!