Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad

May 6, 2024 - 11:48
May 7, 2024 - 14:56
 0  64
Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad
Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad
Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad
Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad
Avropa çempionatı və birincilikləri Serbiya-Novi-Sad

07-13 may 2024-cü il tarixlərdə Serbiynın Novi-Sad şəhərində kişilər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri,   Avropa Sambo Federasiyasının hesabat-seçki Konqresi (08 may) və Beynəlxalq Sambo Federasiyasının məşqçilər üçün  seminarı (07-08 may)  keçiriləcəkdir.

Bu mötəbər idman tədbirində ölkəmizi 3 yaş qrupu üzrə ümumilikdə 22 idmançı və 2 məşqçi təmsil edəcəkdir. 09-10 may tarixlərində Avropa çempionatı, 11-12 may tarixlərində isə Avropa birinciliklərinin keçirilməsi planlaşdırılmışdır. Belə ki,

07-08 may komandaların gəlmə və çəki günü olacaqdır.

09 may Avropa çempionatı çərçivəsində kişilər arasında  Elvin Bağırov (64 kq), Adil Adilzadə (79 kq), Aydəmirov Rəsul (98 kq) 

10 may Avropa çempionatı çərçivəsində kişilər arasında Nicat Məmmədli (58 kq), Hacalı Qasımov (71 kq), Ağani Məmmədov (88 kq), Sabir İsayev (+98 kq)

11 may Avropa birincilikləri çərçivəsində gənclər arasında Murad Fətullayev (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Pünhan Göyüşov (79 kq), Sadiq Zeynallı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq) 

12 may Avropa birincilikləri çərçivəsində yeniyetmələr arasında İsmayıl Əlipənahov (53 kq), Ziyəddin Zeynallı (58 kq), Nicat Süleymanlı (64 kq), Mikayıl Əmirov (71 kq), Roman Qarayev (79 kq), Əli Əliyev (88 kq), Ramal Cavadov (98 kq), Hacbaba İmaməliyev (+98 kq) çəki dərəcələrində mübarizə aparacaqlar.

13 may komandaların qayıtma günüdür.

Komandamıza kişilərdən ibarət Milli yığma komandanın baş məşqçisi Vahid Tarverdiyev və gənclərdən ibarət Milli yığma komandanın baş məşqçisi Bəxtiyar Hacıyev rəhbərlik edəcəklər.

Komandalarımıza uğurlar arzulayırıq!

ASF