AZƏRBAYCAN KUBOKU 14-16 İYUL

Jul 13, 2023 - 14:25
 0  78
AZƏRBAYCAN KUBOKU 14-16 İYUL

  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə 14-16 iyul 2023-cü il tarixlərdə SSRİ-nin və Azərbaycan Respublikasının Əməkdar Məşqçisi Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr və gənclər arasında sambo güləşi üzrə Azərbaycan kuboku keçiriləcəkdir.

    14 iyul idmançıların gəlmə və çəki günüdür.  Yarışın ilk günü 15 iyul tarixində 2005, 2006, 2007-ci il təvəllüdlü yeniyetmələr, ikinci günü 16 iyul tarixində isə 2003, 2004-cü il təvəllüdlü gənclər mübarizə aparacaqlar.

    Yarışda ölkəmizin şəhər və rayonlarından 30-dan çox idman təşkilatlarından 300-dən artıq idmançı iştirak edəcəkdir. Yarış Abşeron Olimpiya İdman Kompleksində keçiriləcəkdir.

ASF