DÜNYA BİRİNCİLİYİ/QIRĞIZISTAN-BİŞKEK

Sep 26, 2023 - 11:47
 0  134
DÜNYA BİRİNCİLİYİ/QIRĞIZISTAN-BİŞKEK
DÜNYA BİRİNCİLİYİ/QIRĞIZISTAN-BİŞKEK
DÜNYA BİRİNCİLİYİ/QIRĞIZISTAN-BİŞKEK
DÜNYA BİRİNCİLİYİ/QIRĞIZISTAN-BİŞKEK

05-09 oktyabr 2023-cü il tarixlərdə Qırğızıstanın Bişkek şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında keçiriləcək Dünya Birinciliyinin heyəti məlum olmuşdur.

Yeniyetmələr arasında Ziyəddin Zeynallı  (53 kq), Nicat İsmayılov  (58 kq), Nicat Rəhimov  (64 kq), Nicat Sultanov  (71 kq), Sülhan Süleymanlı  (79 kq), Hüseyn Hüseynli  (88 kq), Hacbaba İmaməliyev  (+98 kq)

Gənclər arasında Sahib Babayev  (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov  (71 kq), Səməd Şıxıyev  (79 kq), Sadiq  Zeynallı  (88 kq), Rəsul Aydəmirov  (98 kq), Məhəmməd Məmmədzadə  (+98 kq)

Milli yığma komandaların baş məşqçisi Vahid Tarverdiyev və Millinin gənclər arasında baş məşqçisi Bəxtiyar Hacıyev  ölkəmizi təmsil edəcəklər.

Milli yığmanın yarışda iştirak edəcək yeniyetmələr və gənclərdən ibarət heyəti hal-hazırda  yarışa səmərəli hazırlıqla əlaqədar, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə təşkil olunan Göy-Göl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadırlar.