Ceyhun Məmmədovun Ad Günüdür!

May 23, 2025 - 21:44
May 27, 2025 - 21:44
 0  17
Ceyhun Məmmədovun Ad Günüdür!

Ceyhun Məmmədov 23 may 1968-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Ali hüquq təhsillidir. Sambo üzrə 7 dəfə dünya, 6 dəfə Avropa, 13 dəfə SSRİ, 2 dəfə Dünya kuboku çempionudur. Əməkdar idman ustasıdır. 2003-cü ildən Azərbaycan Respublikası Sambo Federasiyasının Prezidentidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1995-ci ildə “Tərəqqi” medalı ilə, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2012-ci ildə Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi adı verilmişdir. 2019-cu ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif olunmuşdur. XX əsrin əfsanəvi və ən güclü samboçusudur.

Azərbaycan Sambo Federasiyasının kollektivi adından Ceyhun Məmmədovu Təbrik Edirik!

ASF