Fətullayev Murad yeniyetmələrin yarışında gümüş medal qazandı

Oct 12, 2024 - 19:25
 0  13
Fətullayev Murad yeniyetmələrin yarışında gümüş medal qazandı

12 oktyabr 2024-cü il tarixində Kipr Respublikasının Larnaka şəhərində yeniyetmələr və gənclər arasında Dünya birinciliklərinin 2-ci günündə yeniyetmələrin mübarizəsi baş tutmuşdur. 

Mübarizə 8 çəki arasında olmuşdur. Fətullayev Murad 58 kq çəki dərəcəsində gümüş medal qazanmışdır.

Yarışın 3-cü günü Gənclər arasında 7 çəki üzrə idmançılarımız Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Xudabaxış Əliyev (71 kq), Kərəm Babazadə (79 kq), Sülhan Süleymanlı (88 kq), Şahin Əsədov (98 kq), Orxan Məcidli (+98 kq) mübarizəyə qatılacaqlar.

İdmançımızı təbrik edirik!

ASF