II MDB OYUNLARI

Aug 10, 2023 - 12:09
 0  86
II MDB OYUNLARI

11-14 avqust 2023-cü il tarixlərdə Belarus Respublikasının Jlobin şəhərində II MDB Oyunları çərçivəsində sambo güləş növü üzrə yarış keçiriləcəkdir. Bu möhtəşəm idman tədbirində ölkəmizi Milli yığma komandanın idmançıları  Babayev Sahib (58 kq), Nadirov Mövlan (64 kq), Əlizadə Canəli (71 kq), Şıxıyev Səməd (79 kq), Zeynallı Sadiq (88 kq), Aydəmirov Rəsul (98 kq), Məcidli Orxan (+98 kq) və Milli yığmanın komandanın baş məşqçisi Vahid Tarverdiyev təmsil edəcəklər.

11 avqust komandanın gəlmə və çəki günüdür.

12 avqust tarixində 58, 71, 88, +98 kq çəki dərəcəli idmançılar, 13 avqust tarixində 64, 79, 98 kq çəki dərəcəli idmançılar mübarizə aparacaqlar.

14 avqust komandanın qayıtma günüdür.

 İdmançılarımıza uğurlar arzu edirik!

ASF