Sambo Avropa çempionatı və birinciliklərində 3 gümüş 4 bürünc medal

Apr 28, 2025 - 13:05
 0  19

23-27 aprel 2025-ci il tarixlərdə Kipr Respublikasının Limasol şəhərində sambo idman növü üzrə kişilər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçirilmışdir. 

Ölkəmizi bu yarışda 3 yaş qrupu üzrə 22 idmançı və 3 məşqçi təmsil etmişdir.

Yarışın nəticələrinə əsasən:

Kişilər arasında Avropa çempionatında Adil Adilzadə (88 kq) gümüş, Elvin Bağırov (64 kq ) bürünc medal,

Gənclər arasında Avropa birinciliyində Nicat İsmayılov (58 kq) gümüş, Cavad İsayev (71 kq) bürünc medal,

Yeniyetmələr arasında Avropa birinciliyində Əbubəkir Hüseynov (98 kq) gümüş, Kənan Məmmədli (71 kq) bürünc  və Rəsul Səmədli (+98 kq) bürünc medal qazanmışlar.

İdmançılarımızı təbrik edirik!