Sambo idman növü üzrə ölkə birincilikləri və çempionatı başa çatdı

Jan 11, 2026 - 23:47
Jan 21, 2026 - 11:48
 0  22
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı
Sambo idman növü üzrə ölkə birincilikləri  və çempionatı başa çatdı

    08-11 yanvar tarixlərdə Abşeron Olimpiya İdman Kompleksində sambo idman növü üzrə ölkə birincilikləri və çempionatı keçirilmişdir. Yarışlarda respublikanın şəhər və rayonlarınadan 400-ə yaxın idmançısı iştirak etmişdir.
    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş yarışlarda qalib və mükafatçılar müəyyən olmuşdur.

     Yarışın təntənəli açılışında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Azərbaycan Sambo Federasiyasının rəsmiləri çıxışlar etmi və idmançılara uğurlar arzulamışlar.

      Yarışda iştirak etmiş hakimlər Azərbaycan Sambo Federasiyası tərəfindən yüksək peşəkarlıqla hakimliyə görə Fəxri Fərmanla təltif olunmuşlar. Fərmanları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Səməd Səmədzadə təqdim etmişdir.
     Yarışların nəticəsinə əsasən ölkə birinciliklərinin qalibləri Avropa birinciliklərində, ölkə çempionatının qalibləri isə Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
    Yarışların nəticələrinə əsasən 3 yaş qrupu üzrə (yeniyetmələr, gənclər və kişilər) qaliblər:

     Yeniyetmələr arasında Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq), Yusif Əliyev (64 kq), Adil Teymurov (71 kq), Elgün Şirəlizadə (79 kq), Səccad Cabarlı  (88 kq), Hüseyn Rzaquliyev (98 kq), Elşən Fərzəliyev (+98 kq)

     Gənclər arasında Elcan Ələkbərov (58 kq), Ziyəddin Zeynallı (64 kq), Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq), Rəsul Arzumanov (88 kq), Tuncay Şamil (98 kq), Hacbaba İmamaəliyev (+98 kq)

      Kişilər arasında Sahib Babayev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Elvin Bağırov (64 kq), Ricad Nadirov (79 kq), Adil Adilzadə (88 kq), Ağani Məmmədov (98 kq), Məhəmməd Məmmədzadə (+98 kq) çəki dərəcələrində qalib olmuşlar.

İdmançılarımıza uğurlar azulayırıq!

ASF