SERBIYA, NOVİ-SAD AVROPA BİRİNCİLİYİ VƏ ÇEMPİONATI
14-19 sentyabr 2022-ci ildə Serbiyanın Novi-Sad şəhərində Avropa Birinciliyi və Çempionatı keçiriləcəkdir. Bu idman tədbirində ölkəmizi Milli yığma komandanın 3 yaş qrupu üzrə (yeniyetmələr, gənclər və kişilər) idmançıları və həmçinin Milli yığma komandanın baş məşqçisi Tarverdiyev Vahd və məşqçi İsmayılov Cabir təmsil edəcəklər.
Belə ki, Avropa Birinciliyində
Yeniyetmələr arasında Gülməmmədov Musaxan (64 kq), Babazadə Kərəm (71 kq), İbrahimov Toğrul (79 kq), Gözəlov Fərəc (88 kq), Məcidli Orxan (+98 kq).
Gənclər arasında Rüstəmli Rəvan (58 kq), Bağırov Elvin (64 kq), Hüseynov Əhməd (71 kq), Adilzadə Adil (79 kq), Əliyev Məhəmmədəli (88 kq), Məmmədzadə Məhəmməd (+98 kq).
Avropa Çempionatında
Kişilər arasında Xəlilov Mehman (58 kq), Seyidəliyev Mirfəttah (64 kq), Həsənov Emil (71 kq), Hüseynov Ceyhun (88 kq), Nəsibli Eyvaz (98 kq), Salmanov Toğrul (+98 kq).
Döyüş sambosu üzrə Vəliyev Ramil (79 kq), Məmmədov Nəbi (98 kq).
ASF