Azərbaycan Sambo Federasiyası hakimlər və məşqçilər üçün seminar keçirmişdir

Dec 23, 2024 - 13:08
 0  4

22.12.2024-cü il tarixdə Azərbaycn Sambo Federasiyasının təşkilatçılığı ilə sambo idman növü üzrə “Hakimlik” seminarı keçirilmişdir. Seminarda ümumilikdə 50-yə yaxın iştirakçı olmuşdur. Hakimlərin, məşqçilərin və idmançıların iştirakı ilə keçirilən seminara Beynəlxalq Ekstra dərəcəli hakim Cabir İsmayılov rəhbərlik etmişdir.

Seminar mövzuları - Yarışların xarakteri və keçirilmə üsulları; Yarış iştirakçları və məqçilərin vəzifələri; İştirakçların yarışa buraxılması; İştirakşıların çəkilməsi; İştirakçıların hüquq və vəzifələri; Hakimlər kollegiyası; Hakimlik qaydaları; Yarış yerinin avadanlığı mövzularından  ibarət olmuşdur.

Yarışların xarakteri və keçirilmə üsulları mövzuları üzrə -sambo idman növü üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Yaqub Abdullayev,

Yarış iştirakçları və məqçilərin vəzifələri mövzuları üzrə -sambo idman növü üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Vahid Tarverdiyev və gənclərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Bəxtiyar Hacıyev,

        Hakimlər kollegiyası, yarış yerinin avadanlığı mövzuları üzrə -ASF -nin baş katibi, Respublika dərəcəli hakim, əməkdar məşqçi. dosent Ramil Mahmudov,

İştirakçların yarışa buraxılması, çəkilməsi, hüquq və vəzifələri mövzuları üzrə -sambo idman növü üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Vahid Tarverdiyev seminarın məruzə hissələrini

Hakimlik qaydaları mövzusu üzrə isə - ASF-nin hakimlər kollegiyasının sədri, Beynəlxalq Ekstra dərəcəli hakim Cabir İsmayılov seminarın praktiki hissəsini keçirmişdir.

Seminarın sonunda iştirakçllara iştirakçı sertifikatı təqdim olunmuşdur və xatirə şəkilləri çəkilmişdir.