BEYNƏLXALQ UNİVERSİTET İDMANI FESTİVALI

Aug 20, 2023 - 01:07
 0  35
BEYNƏLXALQ UNİVERSİTET İDMANI FESTİVALI

Rusiya Federasiyasının Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr olunmuş, Beynəlxalq Universitet İdman Festivalında sambo güləş növü üzrə Milli komanda  da iştirak edəcəkdir.

Kişilərdən ibarət Milli komandamıza Milli yığmanın gənclər üzrə baş məşqçisi Hacıyev Bəxtiyar rəhbərlik edəcəcəkdir. 

Belə ki, Məmmədli Nicat (58 kq), Bağırov Elvin (64 kq), Qasımov Hacalı (71 kq), Adilzadə Adil (79 kq), Səyyadov Təbriz (88 kq) və Məmmədzadə Məhəmməd (+98 kq) bu yarışda ölkəmizi təmsil edəcəklər.

Komanda 23.08.2023 tarixdə yola düşür.

26 avqust yarışın I günü 58, 64 kq, 

27 avqust yarışın II günü 71, 79, 88 kq, 

28 avqust yarışın III günü +98 kq çəki  dərəcəli idmançılar mübarizə aparacaqlar.

29.08.2023 tarixdə komandamız vətənə qayıdacaqdır.

Milli komandamıza uğurlar arzulayırıq!

ASF