Beynəlxalq Universitet İdmanı Festivalı 3 bürünc medal

Aug 28, 2023 - 19:58
 0  41
Beynəlxalq Universitet İdmanı Festivalı 3 bürünc medal
Beynəlxalq Universitet İdmanı Festivalı 3 bürünc medal
Beynəlxalq Universitet İdmanı Festivalı 3 bürünc medal

Rusiya Federasiyasının Yekaterinburq şəhərinin 300 illik yubileyinin qeyd olunmasına həsr olunmuş, Beynəlxalq Universitet İdman Festivalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını təmsil edən sambo güləş növü üzrə Milli komandamız da iştirak etmişdir.

Belə ki, Məmmədli Nicat (58 kq), Bağırov Elvin (64 kq), Qasımov Hacalı (71 kq), Adilzadə Adil (79 kq), Səyyadov Təbriz (88 kq) və Məmmədzadə Məhəmməd (+98 kq) bu yarışda ölkəmizi təmsil etmişlər.

26 avqust yarışın I günü Bağırov Elvin (58 kq), Məmmədli Nicat (64 kq) çəki dərəcəsində bürünc medal,

27 avqust yarışın II günü Adilzadə Adil (79 kq) çəki dərəcəsində bürünc medal qazanmışlar.

Milli komandamızın idmançılarını təbrik edirik!