Dünya Birinciliyinin birinci gününün nəticələri 1 Gümüş və 1 Bürünç medal
15.10.2021 tarixində Yunanıstan Respublikasının Saloniki şəhərində yeniyetmə və gənclər arasında Dünya Birinciliyi yarışı start götürmüşdür. Yarışın birinci günündə idmançılarımız 4 çəki dərəcəsində ( yeniyetmələr 53 kq, 58 kq, 64 kq və gənclər +98 kq ) çıxış etmişlər. Yarışın ilk gününü idmançılarımız iki medalla yekunlaşdırmışlar.
Babayev Sahib (yeniyetmə) 53 kq gümüş və Hacıyev Əli (yeniyetmə) 58 kq bürünc medal qazanmışlar.
Milli Yığmamıza yarışın növbəti iki günündə yüksək nəticələr əldə etməyi arzulayırıq!
ASF