"Heydər Əliyev İli" çərçivəsində Qusar rayon açıq birinciliyi

Dec 17, 2023 - 20:17
Dec 20, 2023 - 12:18
 0  154
"Heydər Əliyev İli" çərçivəsində Qusar rayon açıq birinciliyi
"Heydər Əliyev İli" çərçivəsində Qusar rayon açıq birinciliyi
"Heydər Əliyev İli" çərçivəsində Qusar rayon açıq birinciliyi
"Heydər Əliyev İli" çərçivəsində Qusar rayon açıq birinciliyi

16-17 dekabr 2023-cü il tarixlərində Quba-Qusar Regional İdman İdarəsinin rəisi N.Novruzov və Azərbaycan Sambo Federasiyasının prezidenti C.Məmmədovun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş  sambo güləşi üzrə kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında Qusar rayon açıq birinciliyi keçirilmişdir.

Yarışda Bakı şəhəri, Şabran Rayonu, Quba rayonu, Xaçmaz rayonu,  Qusar rayonundan 80-dən artıq idmançı iştirak etmişdir. Həmçinin yarışın təntənəli açılış mərasimində Quba-Xaçmaz Regional İdman idarəsini rəisi, Qusar Olimpiya İdman Kompleksinin müdiri,  ASF-nin səlahiyyətli nümayəndəsi sambo üzrə Milli yığma komandanın yeniyetmələr üzrə baş məşqçisi Yaqub Abdullayev və s. təşkilatların səlahiyyətlli nümayəndələri iştirak etmişlər.

Yarışın hakimləri  Rəvan Rüstəmli, Abdulla Abdullayev, Safarov Tamerlan olmuşdur.