II Qarabağ şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında açıq turnir

May 19, 2024 - 15:43
May 21, 2024 - 15:43
 0  61

17-19 may 2024-cü il tarixlərdə Qarabağ Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Sambo Federasiyası ilə əməkdaşlıq etməklə Ağdam rayonu Quzanlı Olimpiya İdman Kompleksində "I Qarabağ şəhidləri Əhliman Ağayev və Habil Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmlər arasında sambo idman növü üzrə açıq turnir" keçirilmişdir.

Yarışa Respublikanın müxtəlif şəhər və rayonlarından İdman Cəmiyyətləri, İOEUGİM, UGİM və İdman Klublarından 120-ə yaxın idmançı iştirak etmişdir. Yeniyetmələr arasında keçirilən yarışda 2007-2008-ci il təvəllüdlü idmançılar 9 çəki dərəcəsi üzrə hər çəki dərəcəsində 2 idmançı olmaqla güclərini sınamışlar. Yarışın hakimləri ASF tərəfindən təyin olunmuşdur

Açılış mərasimində Qarabağ Gİİ-nin rəsmiləri və ASF-nin nümayəndələri iştirak edərək çıxışlar etmişlər.

Mükafatlandırma mərasimində qalib və mükafatçılara diplom, medal və hədiyyələr təqdim olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!

ASF