III MDB OYUNLARINDA SAMBO ÜZRƏ ÖLKƏMİZİ 8 İDMANÇI TƏMSİL EDƏCƏK

28 sentyabr- 08 oktyabr 2025-ci il tarixlərdə III MDB Oyunları çərçivəsində keçiriləcək yarışlarda sambo idman növü üzrə ölkəmizi yeniyetmələrdən ibarət 8 idmançı və 2 məşqçi təmsil edəcək
Belə ki, Abdullətif Musayev (53 kq), Rüstəm Qasımzadə (58 kq), Nihad Rəhimov (64 kq), Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq), Xəzər Əmrahlı (88 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) çəki dərəcələrində mübarizə aparacaqlar.
Sambo üzrə yarış 29 sentyabr 2025-ci il tarixdə Göygöl Olimpiya İdman Kompleksində keçiriləcəkdir. Yarışda 8 çəki üzrə 7 ölkənin idmançıları iştirak edəcəkdir.
İdmançılarımıza uğurlar arzulayırıq!
ASF