Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında sambo üzrə zona birinciliyi

Oct 28, 2023 - 14:39
Nov 3, 2023 - 14:40
 0  128
Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi
Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi
Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi
Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi
Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi

28 oktyabr 2023-cü il tarixdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Azərbaycan Sambo Federasiyasının hakim və məşqçi heyətinin iştirakı ilə Quba Olimpiya İdman Kompleksində "Kiçik yaşlı uşaqlar və kiçik yaşlı yeniyetmələr arasında  sambo üzrə zona birinciliyi"  keçirilmişdir.

Şimal zona birinciliyində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından ümumilikdə 23 çəki dərəcəsində 100-ə yaxın idmançı güclərini sınamışlar.

Yarışın keçirilməsində məqsəd regionda sambo güləş növünün təbliğ olunması, inkişaf etdirilməsi, sambo ilə məşğul olan idmançıların ustalıqlarının, yeniyetmə və gənc idmançıların bu güləş növünə maraqlarının artırılmasıdır.

ASF