Sambo idman növü üzrə Avropa çempionatı və birincilikləri

Apr 22, 2025 - 13:54
 0  35
Sambo idman növü üzrə Avropa çempionatı və birincilikləri
Sambo idman növü üzrə Avropa çempionatı və birincilikləri
Sambo idman növü üzrə Avropa çempionatı və birincilikləri
Sambo idman növü üzrə Avropa çempionatı və birincilikləri

21-28 aprel 2025-ci il tarixlərdə Kipr Respublikasının Limasol şəhərində sambo idman növü üzrə kişilər, gənclər və yeniyetmələr arasında Avropa çempionatı və birincilikləri keçiriləcəkdir. Yarışlarda 27 (Rusiya, Belarusiya, Ukrayna, Macarıstan, Kipr, Yunanıstan, Fransa, İspaniya və s.) ölkədən 600 idmançı 200 nümayəndə iştirak edəcəkdir.

Ölkəmizi bu yarışda 3 yaş qrupu üzrə 22 idmançı və 3 məşqçi təmsil edəcəkdir.

Avropa çempionatında yarışın 1 və 2- ci günü 7 idmançımız mübarizəyə qatılacaqdır: Eyvaz Baxsiyev (58 kq), Elvin Baqirov (64 kq), Kamran Qasımov (71kq), Abdulla Abdullayev (79 kq), Adil Adilzadə (88 kq), Rəsul Aydəmirov (98 kq), Məhəmməd Məmmədzadə (+98kq)  və kişilər arasında milli komandanın  baş məşqçi Vahid Tarverdiyev

Avropa birinciliyinin 1-ci günu gənclər arasında 7  idmançımız mübarizəyə qatılacaqdır: Nicat İsmayilov (58 kq), Nicat Rəhimov (64 kq), Cavad İsayev (71kq), Murad Allahverdiyev (79 kq), Fərəc Gözəlov (88 kq), Nihat Əlizadə (98 kq), Hacbaba İmaməliyev (+98 kq)  və gənclər arasında milli komandanın baş məşqçisi Bəxtiyar Hacıyev

Avropa birinciliyinin 2-ci günü yeniyetmələr arasında 8  idmançımız mübarizəyə qatılacaqdır: Yusif Əliyev (53 kq), Elcan Ələkbərov (58 kq), Nihad Rəhimov (64 kq), Kənan Məmmədli (71 kq), Mənsur Bayramov (79 kq), İmran Zülfüqarzadə (88 kq), Əbubəkir Hüseynov (98 kq), Rəsul Səmədli (+98 kq) çəki dərəcələrində və yeniyetmələr arasında milli komandanın baş məşqçisi Yaqub Abdullayev ölkəmizi təmsil edəcəklər.

Komandalarımıza uqurlar arzulayırıq!