Sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliklərində iştirak üçün milli komandalar Serbiyaya yola düşdü
20-23 aprel tarixlərində Serbiyanın Novi-Sad şəhərində sambo idman növü üzrə yeniyetmələr və gənclər arasında Avropa birincilikləri keçiriləcəkdir.
Yarışda ölkəmizi 15 idmançı və 2 məşqçi təmsil edəcəkdir.
Yeniyetmələr arasında Abdullətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq), Yusif Əliyev (64 kq), Adil Teymurov (71 kq), Elgün Şirəlizadə (79 kq), Səccad Cabarlı (88 kq), Hüseyn Rzaquliyev (98 kq), Elşən Fərzalıyev (+98 kq), baş məşqçi Yaqub Abdullayev
Gənclər arasında Elcan Ələkbərov (58 kq), Ziyəddin Zeynallı (64 kq), Mikayıl Əmirov (71 kq), Sadiq Nadirov (79 kq), Rəsul Arzumanov (88 kq), Tuncay Şamil (98 kq), Hacbaba İmaməliyev (+98 kq), baş məşqçi Bəxtiyar Hacıyev
20 aprel tarixində yeniyetmələrin çəki günüdür, 21 aprel yeniyetmələrin bütün çəkilər üzrə ilikn və final görüşləri, həmçinin 21 aprel gənclərin 58, 71, 88, +98 kq çəkilər üzrə çəki günü, müvafiq çəkilər üzrə ilkin və final görüşləri 22 aprel tarixində, həmçinin 22 aprel tarixində gənclərin 64, 79, 98 kq çəkilər üzrə çəki günü və 23 aprel tarixlərində müvafiq çəkilər üzrə ilikn və final görüşləri baş tutacaqdır.
Komandalarımıza uğurlar arzulayırıq!