15-18 fevral sambo idman növü üzrə Ölkə çempionatı və birincilikləri
15-18 fevral 2024-cü il tarixlərdə "Abşeron Olimpiya İdman Kompleksində" sambo idman növü üzrə Ölkə çempionatı və birincilikləri keçirilmişdir.
Yarışın proqramı əlavə olunmuşdur.
15 fevral tarixində komandaların gəlmə günü və kişilərin çəki günü olmuşdur.
16 fevral yarışın birinci günü 7 çəki üzrə (58, 64, 71, 79, 88, 98, +98 kq) kişilərin yarışı baş tutmuşdur. Daha sonra yeniyetmələrin çəkisi və yarışın təntənəli açılışı olmuşdur. Yarışın açılışı dövlət himnimizlə başlamışdır və sonra federasiyanın prezidenti Ceyhun Məmmədovun, Gənclər və İdman Nazirliyinin nümayəndəsinin və digər qonaqların çıxışları ilə davam etmişdir.
Kişilərin yarışının nəticələrinə əsasən Məmmədli Nicat (58 kq), Bağırov Elvin (64 kq), Qasımov Hacalı (71 kq), Adilzadə Adil (79 kq), Hüseynov Ceyhun (88 kq), Aydəmirov Rəsul (98 kq), İsayev Sabir (+98 kq) ölkə çempionatının qalibləri olmuşlar.
17 fevral yarışın ikinci günü 8 çəki üzrə (53, 58, 64, 71, 79, 88, 98, +98 kq) yeniyetmələrin yarışı baş tutmuşdur. Daha sonra gənclərin çəkisi olmuşdur.
Yeniyetmələrin yarışının nəticələrinə əsasən Əlipənahov İsmayıl (53 kq), Zeynallı Ziyəddin (58 kq), Süleymanlı Nicat (64 kq), Əmirov Mikayıl (71 kq), Qarayev Roman (79 kq), Əlieyv Əli (88 kq), Cavadov Ramal (98 kq), İmamaəliyev Hacbaba (+98) ölkə birinciliyinin qalibləri olmuşlar.
18 fevral yarışın üçüncü və son günü 7 çəki üzrə (58, 64, 71, 79, 88, 98, +98 kq) gənclərin yarışı baş tutmuşdur.
Gənclərin yarışının nəticələrinə əsasən Fətullayev Murad (58 kq), Rəhimov Nicat (64 kq), Əliyev Xudabaxış (71 kq), Göyüşov Pünhan (79 kq), Zeynallı Sadiq (88 kq), Əsəsdov Şahin (98 kq), Məcidli Orxan (+98 kq) ölkə birinciliyinin qalibləri olmuşlar.
İdmançılarımızı təbrik edirik və uğurlar arzulayırıq!
ASF